Analizi necə vermək lazımdır
Laboratoriya analizlər üçün hazırlıq haqqında
1. Qan analizini səhər-səhər acqarına,son qida qəbulundan 8-10 saat keçdikdən sonra vermek məsləhətdir. Bəzi analizləri: (AKTH, STH, kartizol, paratohormon, aldosteron, renin, TTQ, xolesterin, LDL,VLDL, HDL, triqliserid, apolipoprotein A1,apolipoprotein B,lipoprotein (a) ) günün başqa vaxtı, ancaq mütləq qida qəbulundan ən azı 6 saat keçdikdən sonra vermək olar.B müddətdə ancaq su içmək olar.(kofe,şirin çay,şirələr qanın ümumi göstəricilərinə təsir edə bilər).
2. Qanın Ümumi analizini vermək üçün yemek yedikden sonra 4 saat keçməlidir.
3. Müayinədən 1-2 gün öncə rasiondan yağlı,qızardılmış qidaları çıxarmaq,alkoqol içməmək məsləhəhətdir.
4. Qanı dərman preparatlarının qəbulundan əvvəl vermək lazımdır.Yaxud dərmanın qəbulundan 10-14 gün sonra.Əgər Siz dərman qəbul etmisinizsə mütləq həkimə xəbərdarlıq etməlisiniz.
5. Qan analizini USM,Rentgen,Fizioterapiya müayinələrindən sonra vermək olmaz!
6. Menstrual siklin fazasından asılı olaraq müayinənin nəticələri dəyişə bilər.Odur ki :FSH, LH, prolaktin, sərbəst estriol,estradiol,progesteron,testosteron,17-oksiprogesteron.Bu hormonları vermək üçün siklin günü, hamilə qadınlarda isə hamiləliyin müddəti Həkim-ginekoloqun nəzarətində olmalıdır.
7. Hər hansı bir infeksion xəstəliyə şübhə olarsa antitelin müayinələri aparılır.Yoluxmanın vaxtından və bədənin immunetitetindən asılı olaraq müayinələrin nəticələri Neqativ ola bilər.Amma nəticələrin Neqativ olması infeksiyanın olmamasını istisna etmir.Müayinəni 2-3 həftə sonra təkrar vermək məsləhət görülür.
8. Müayinədən əvvəl fiziki aktivliyi azaltmaq,emosional sakitlik daha məqsədə uyğundur.
9. Müayinədən minimum 1 saat öncə siqaret çəkmək qadağandır.
10. Qanda şəkər,insulin,C-peptid səhər ac qarına (8-10 saat aclıqdan sonra) verilməlidir.
11. Bəzi müayinələrin nəticələrinə zaman təsir etdiyinə görə Hormonları ciddi vaxt çərçivəsində vermək məsləhətdir.Saat 800-dan 1000-a qədər.Məsələn: T4 ,sərbəst T4, T3, sərbəst T3.
12. Sidik turşusunun yoxlanılmasından 1-2 gün əvvəl pəhriz saxlanmalıdır: qara ciyər,ət, balıq və kofe istifadə etməməli; Hormonların müayinələrinə 2 həftə qalmış xəstə qalxanabənzər vəzin hormonlarını qəbul etməməlidir.
13. PSA ,sərbəst PSA analizlərini xəstə ya Həkim-uroloqun rektal baxışından əvvəl yada baxışdan 10-14 gün sonra verməlidir. Son cinsi əlaqədən 3-5 gün keçdikden sonra analiz verilmelidir.
14. Qadın cinsi hormonları siklin günlərinə görə müəyyən edilir:
LH,FSH- siklin 3-5-ci günü ;
Estradiol – 5-7 ya 21-23-cü günü;
Progesteron – 21-23-cü günü;
Prolaktin,17OH, DHEA,testesteron – 7-9-cu günü.
15. Sidiyin müayinəsinə 1 gün qalmış xəstə qida rasionundan rəngli meyvə və tərəvəzləri çıxarmalıdır və duzlu qidalar qəbul etməməlidir.
Sidik analizini verməmişdən əvvəl cinsi orqanları sabunla təmiz yumaq lazımdır.Aybaşı zamanı sidik analizi vermək məsləhət deyil.
16. Nəcis analizi verərkən nəcis steril qaba yığılmalıdır.İmalədən sonra alınmış nəcis müayinə üçün yararsızdır. Nəcis analizi verərkən qaba qoz boyda 1 hisse qoyulmalidir.Qurd yumurtası teyin ederken necis 15 dəq. ərzində labaratoriyaya çatdırılmalıdır.1-ci dəfə qurd yumurtası tapılmayıbsa tam əminlik üçün 3 gün ardıcıl analiz vermək məsləhətdir
17. Spermoqramma analizinden öncə cinsi əlaqədə olmaq olmaz.Son cinsi əlaqədən 3 gün sonra vermək məsləhətdir. Materialı max.15 dəq ərzində labaratoriyaya vermek lazımdır
DİQQƏT!Təkrar analizlər eyni labaratoriyada verilməlidir.Çünki müxtəlif labaratoriyalar müxtəlif reaktivlərlə və müxtəlif aparatlarla çalışır .Cavabların fərqli olması mümkündür